Nikahda qızın vəlisi telefon vasitəsilə razılığını bildirə bilərmi?

    22.07.2022
Sual: 
Salam aleykum. Kebin üçün dinde Veli ve 2 şahid olmalıdı mütlet. 1)Sualım budurki bunlar olduqda qızın orda olması vacibdirmi? 2) Eger qızın verlisi uzaq yerdedirse indiki şeraitle online şekilde icaze alına bilermi yoxsa mütleq iştirak etmelidi qızın atası?
Cavab: 

Va aleykum Salam.
1) Kəbində əsas olan qızın vəlisi, oğlanın özü və iki kişi şahidin olmasıdır. Qızın özünün isə kəbində iştirak etməsi vacib deyil. Daha ətraflı: Qız və oğlanın kəbində iştirak etməsi vacibdirmi?

2) Qızın vəlisi uzaq yerdədirsə və kəbində iştirak etməsi çətindirsə, bu halda qızın vəlisi öz vəlilik səlahiyyətini başqa birinə həvalə edir və öz yerinə başqasını vəkil təyin edir. Bu həvalə şifahi və ya telefon vasitəsilə ola bilər. Daha ətraflı: Telefonla bir-birimizin kəbinini kəsə bilərikmi?
Teqlər: 
Paylaş: