Telefonla bir-birimizin kəbinini kəsə bilərikmi?

    24.11.2017
Sual: 
Telfonda bir birimizle kebin kese bilerikmi bu dogrudurmu
Cavab: 

Salam aleykum. Dinimizdə heç kim özünün kəbinini kəsə bilməz, çünki evlənən cütlüklərin kəbinlərini məscid imamları, qazilər və dini sahədə fəaliyyət göstərən məsul şəxslər edirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Məcəh, 1524). Telefon vasitəsi ilə kəbin kəsməyə gəlincə isə əgər üzürlü səbəblərdən dolayı qızın vəlisi (himayədarı) kəbin mərasimində iştirak edə bilməzsə, onun tərəfindən təyin olunmuş vəlinin yanında ona zəng edərək vəlidən razılıq ala bilərsiniz. Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: