İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər?
Aleykum salam. İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". (İbn Hibban və əl-Beyhaqi).
"Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir". (Əbu Davud; ət-Tirmizi).
Vəli müsəlman və ağlı başında (ruhi xəstə olmayan) və həddi-buluğa çatmış olmalıdır. Qadının vəlisi onun atasıdır. Atası həyata deyilsə və ya sadalanan şərtləri ödəmirsə, bu halda babası, olmasa qardaşı, əmisi, dayısı, əmisinin və ya dayısının oğlu onun vəlisi olur. Bunlar yoxdursa, ağlı başında olan, həddi-büluğa çatmış oğlu qadın üçün vəli ola bilər. O da olmazsa, bu məsələ səlahiyyətli şəxslərə - məscid imamlarına, tanınmış din xadimlərinə, elm adamlarına, qazilərə və hakimlərə qayıdır. Vəlinin mömin, namaz qılan olması vacib şərt olmasa da, müsəlman olması vacib şərtdir. Namaz qılan olması təbii ki, üstünlük təşkil edir. Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları