Heyzdən beş gün əvvəl gələn qəhvəyi axıntı heyz sayılırmı?

    24.10.2022
Kimdən: 
anonim
Sual: 
Salam. Mən bilmək istərdim biliremki məs. her hansı ayin 25-i heyz olacaq, lakin 20-den baslayaraq az-az qehveyi rengde 5-4 gun erzinde bulasir nese? Sonra baslayir adet 7-6 gun davam edir. Bele halda umumi 11 12 gun davam eden heyz sayilir? və ya evvelde olan 4-5 gun olan az bulasmada Namaz ve ya oruca davam etmeliyik ya yox.Onceden təşəkkür edirem. Mənim üçün çox önəmlidi çünki caresiz qaliram nece edeceyimi bilmirem bele halda.
Cavab: 

Va aleykum Salam. Əgər qəhvəyi axıntı heyz adətindən (adət vaxtından) az əvvəl gələrsə və heyz ağrıları hiss olunarsa, bunan sonra heyz qanı gələrsə, bu qəhvəyi axıntı da heyzdən hesab olunur. Əgər heyz adətindən çox əvvəl gələrsə və heyz ağrıları olmazsa, bu axıntılar heyzdən sayılmır. Ətraflı oxuyun:

Paylaş: