Uşağın xəstə olması ona qoyulan adla bağlı ola bilərmi?
Sual:
Salam Aleykum. Mən qızımın adını Nur qoymuşam.Atrıq qızımın 2.6 yaşı var. Körpəliyindən qızımın gözündə çox ciddi infeksiya xəstəliyi yarandı. Hələdə sağalmır. Dərmanlar, müalicələr əməliyyat narkoz və s. Bitib tükənməyən çətinliklər içindəyəm. Hərdən qəlbimə bir his dolur. Düşünürəmki bəlkə qızımın adını Nur qoydum deye Rəbbimə acıq getdi,cəzalandırır məni. Yaxud adı dəyişməluyəm, .bilmirəm, sizcə mən düzgün fikirdəyəm? Bu məsələ haqqında nə deye bilərsiz. Bu arada qızım üçün çoxlu dualar edirəm namazımı qılıram Əlhəmdülilləh orucumu da həmçinin tuturam.İnşAllah, Allahdan tək istədyim, övladımın gözünə nur versin Amin İnşəAllah. Bütün xəstələrə şəfa diləyirəm.
Cavab:
Va aleykum Salam. Əvvəla övladınıza Allahdan şəfa diləyirik! Uşağa Nur adını qoymaq icazəlidir. Başınıza gələn müsibətləri uşağa qoyduğunuz adla əlaqələndirmək doğru deyil. Həmçinin, oxuyun: