Söz verib əməl etməmək günah sayılırmı?
Sual:
Salam aleykum bir dostuma söz vermişem ki,işimde böyük mebleğ pul qazandıqda 5% ona hediyye kimi verecem.Indi vermek istemirem. Vermesem günah qazanıram?
Cavab:
Va aleykum Salam. Söz verib əməl etməmək münafiqlərə xas olan bir sifətdir və bu sifətdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaq" (əl-İsra, 34). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Münafiqin əlaməti üçdür: danışdığı zaman yalan danışar; vəd verdiyi zaman (vədinə) xilaf çıxar; ona əmanət verildiyi zaman xəyanət edər.” (əl-Buxari, 33). Hədisdə qeyd olunan xislətlər münafiqliyin əlamətləri olduğu üçün alimlər bu xislətlərə sahib olmağın günah olduğunu bildirmişlər. Həmçinin oxuyun: