Yalan danışaraq insanların qəlbini ələ alan şəxs günah qazanırmı?

    16.03.2014
Sual: 
Salam aleykum. İsterdim ki, oyrenim ki, yalan danishib insanlarin qelbine giren insan ne qeder gunah qazanir? Ve onun namazlari batil olurmu?
Cavab: 

Aleykum salam. Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzəb, 70).
Peyğbəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Doğruluqdan əl çəkməyin! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 386).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Mənə altı şeyə zəmanət verin, mən də sizə Cənnəti zəmanət verim; biriniz danışanda yalan danışmasın, vəd verdikdə vədinə xilaf çıxmasın, etibar edildikdə xə­ya­nət etməsin. Gözünüzü harama baxmaqdan çəkin, əllərinizi günahlardan saxlayın və övrət yerlərinizi qoruyun". (İbn Xuzeymə, 31; Əhməd, 22821).
Yalan danışmaq ikiüzlü münafiqlərin xislətidir. Münafiq qəlbində Allaha iman gətirmədiyi halda zahirən özünü mömin kimi göstərən ikiüzlü adama deyilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Münafiqin əlaməti üçdür: danışdığı zaman yalan danışar; vəd verdiyi zaman və­dinə xilaf çıxar; ona əmanət verildiyi zaman xəyanət edər". (əl-Buxari, 33).
Yalan danışmağın icazəli olduğu üç hal vardır: Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləyərək söylədikləri istisnadır. Bunlardan qeyri danışılan yalan dinimizə görə böyük günahlardan hesab olunur. Yalan danışmaq namazı batil etmir. Lakin ümumən günahlar insanın ibadətinə mənfi təsir göstərir və ibadətin savabını azalda bilir. Həmçinin, yalan danışmaq möminə yaraşmayan çirkin xislətdir. Yalan danışaraq başqasını aldadan böyük günah qazanmaqla yanaşı onun haqqına girərək qul haqqı ilə yüklənir. Daha ətraflı: Qul haqqı barədə

Teqlər: 
Paylaş: