Hud surəsi 15-16-cı ayələrin açıqlaması nədir?

    12.11.2022
Sual: 
Salam hud sururesi aye 15 -16 tesfirin izahın vere bilersinizmi?
Cavab: 

Va aleykum Salam. Uca Allah Hud surəsində buyurur:


"15. Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

16. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar."


İbn Kəsir (Allah ona rəhmət etsin) özünün "Əzəmətli Quranın Təfsiri" kitabında bu ayələrin təfsir edərək belə demişdir:

"İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə belə demişdir: “Həqiqətən, riyakarlar etdikləri yaxşı əməllərin qarşılığını bu dünyada alacaqlar. Onlara xurma çəyirdəyindəki oyuq qədər haqsızlıq edilməz. Uca Al­lah buyurur ki, kim oruc, namaz və ya gecə namazı kimi saleh əməllər görər və bunu yalnız dünyanı istəyərək edərsə dünyada istədiyi mükafatı, qarşılığı ona tam ola­raq verərəm. Beləcə, dünyanı istəyərək etdiyi əməli boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar”. Mucahid, əd-Dahhək və bir çox alimlərdən da belə rəvayət edilmişdir. Qatədə demişdir: "Kimin dərdi-qəmi, fikri-zikri, arzu-istəyi dünya olarsa, Uca Allah onun etdiyi yaxşılıqlarının qarşılığını dünyada verər. Sonra qarşılığı veriləcək bir yaxşılığı olmadan axirətə köçər. Möminə gəlincə, o, yaxşılıqlarına görə dünyada mükafatlandırılar, bunla­ra görə axirətdə də savaba nail olar”. Uca Allah başqa ayələrdə belə buyurur: “Kim gəldi-gedər dün­ya­nı istəsə, orada ona – di­lə­di­yi­miz kim­səyə is­tə­di­yi­miz şeylə­ri dər­hal verərik. Sonra isə onu qı­nan­mış və Allahın rəhmə­tin­dən qovul­muş halda girəcəyi Cə­hənnəmə ata­rıq. Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nuniyyətlə qəbul olunar. Biz hamıya – onlara da, bun­lara da Rəbbinin nemətin­dən ve­ri­rik. Rəbbi­nin neməti heç kəsə qadağan deyil. Bax gör dünyada onla­rın birini di­gərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üs­tün­lüklər var­” (“əl-İsra”, 18-21). “Biz axirət savabını istə­yənin sa­vabını artırar, dünya qa­zan­cı­nı istəyənə də ondan verərik. Lakin axirətdə onun heç bir payı ol­maz” (“əş-Şura”, 20)".

Teqlər: 
Paylaş: