Müəyyən məbləği keçdikdə üzərinə faiz gələn kartdan məbləği keçməmək şərti ilə istifadə etmək olarmı?

    06.07.2023
Kimdən: 
Kənan
Sual: 
Əssələmu aleykum. Mən istifadə üçün "birkart cashback" götürmüşəm. Sadəcə bu kartda birşey var ki, kartdakı məbləğ 500 manatı keçdikdən sonra üstünə depozit faizi gəlir yəni, bonus kimi üstünə faiz gəlir. Mən 500 manatı keçməmək şərti ilə bu kartı istifadə edə bilərəmmi? Özlərindən soruşmuşam ki, bunu bağlatdırmaq olarmı ki, üstünə pul gəlməsin. Deyiblər mümkün deyil. Kart debet kartıdır, kredit deyil. Allah razı olsun.
Cavab: 

Va aleykum Salam. Əgər karta qoyulacaq məbləğ 500 manatı keçməyəcəksə, bu halda bu kartdan istifadə etmək icazəlidir. Həmçinin oxuyun:

Debet kartlarından istifadə etmək olarmı?

"Cashback" servisi halaldırmı?

Paylaş: