Məhərrəm ayında sinə vurmaq və əzadarlıq etmək günahdırmı?

    03.01.2023
Sual: 
Bəzi Sünnilər deyirlərki Şiələrin sinə vurmaları səhvdir sicə düzmü deyirlər səhvmi
Cavab: 

Əssələmu aleykum. Məhərrəm ayında sinə döymək və əzadarlıq etmək dinimizə müxalif əməllərdir. Əvvəla bunu qeyd edək ki, Məhərrəm ayı Uca Allahın haram etdiyi aylardandır və bu ayda cana əziyyət verməklə özünə zülm etmək haramdır. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin". (ət-Tövbə, 36). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qa'də, Zil-Hiccə və Məhərrəm. Rəcəb ayı isə Cumadə və Şaban ayının ortasında gəlir". (Səhih əl-Buxari, 2958). Bu ayların "Haram" adlanmasının səbəbi budur ki, bu ayların Allah qatında böyük hörməti var və bu aylarda günah etmək və özünə əziyyət vermək haramdır. Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üzünə döyən, sinə paltarını cıran və cahiliyyət çağırışı edən bizdən deyildir» (əl-Buxari, 1294. Müslim, 103). Həmçinin bu cavabları oxuyun:

 Məhərrəm ayında yas saxlamaq olarmı? 

"Haram aylarda özünüzə zülm etməyin" ayəsi barədə

Teqlər: 
Paylaş: