Yoqa ilə məşğul olmaq icazəlidirmi?

    03.01.2023
Sual: 
Salam Aleykum,Yoqa ve meditasiya etmek haramdır?
Cavab: 

Va aleykum Salam. Şəkk yoxdur ki, Yoqa və meditasiya hinduizm və buddizm inancından qaynaqlanır. Aşağıda göstərilən səbəblərə görə İslamda Yoqa ilə məşğul olmaq icazəli deyil:

  1. Yoqa İslamın tövhid inancına (Tək Allaha ibadət etmək) ziddir, çünki Yoqaga Günəşə səcdə etmək və onun adlarını təkrarlamaq kimi əməllə vardır. Bu isə açıq-aydın şirkdir. Uca Allah buyurur: “De: “Mə­­nə Allaha iba­dət et­mək və Ona şərik qoşma­maq əmr edil­miş­dir” (ər-Rəd, 36); “Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər Allaha şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yan­lardan ola­caq­san” (əz-Zumər, 65).
  2. Yoqa ilə məşğul olmaqda bütpərəstlərə təqlid etmək və bənzərlik var. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salami olsun) demişdir: "Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır". (Əbu Davud , №: 3512, 4027, 4031, 4033).
  3. Tibb elmi sübut edir ki, Yoqanın bəzi növləri insan orqanizminə zərərlidir və sağlamlıq baxımından təhlükəli nəticələr doğurur. Bəzi hərəkətlərində ayıb sayılacaq və bədəni keyidəcək oturuşlar var. Bu da sağlamlıq və psixi baxımdan zərərlidir. Peyğəmbər demişdir: "Özünə və başqasına zərər vermə!" (İbn Məcə, 1909).
  4. Yoqa ilə məşğul olmaqda vaxtı özünə əziyyət verməkdə keçirməklə faydasız yerə vaxt itkisi vardır.
  5. "Elmi yoqa" ya da "davranış tibbi" deyilən növlə məşğul olanların çoxu, narkotik uçurumuna düşüb, asılılıq bataqlığına batıblar.
  6. Yoqanı təbliğ edən bəzi şəxslər insanları aldatmaq üçün fövqəltəbii şeylər etdiklərini iddia edirlər ki, bunların çoxu sehrdir və onlar bu əməllərində cin və şeytanlardan istifadə edirlər. Cadugərlik və buna bənzər əməllər isə İslamda qadağan edilmişdir.
  7. Yoqanı təbliğ edən müəllimlərin tövsiyə etdikləri bir çox əməllər insanlara zərər və əziyyət verən əməllərdir. Məsələn:
    • Çılpaqlıq – bu, fiziki, psixoloji, cinsi xəstəliklərə səbəb olur.
    • Günəşin altında uzun müddət qalmaq.
    • Gözlərini Günəşə dikib baxmaq. Bu isə gözə ciddi təhlükə yaradır.
    • İslamda heç bir əsası olmayan vegeteryan diyetinə təşviq etmək. Allahın halal buyurduğu bir çox nemətləri qadağan etmək.

Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: