Zina etdiyin qadınla evlənmək günahın təmizlənməsi üçün kifayət edirmi?

    03.01.2023
Sual: 
Salam uzur isteyirem sualima gore evlenmemisden qabaq elaqede olub sora hemin insanla evliliy bu gunahi temizleyirmi? Yoxsa gunah olaraq qalirmi bu gunahin temizlenmesi ucun evliliy kifayet edirmi?
Cavab: 

Va aleykum Salam. Zina etmək böyük günahlardan olub qəbir əzabına və Cəhənnəm əzabına aparır. Zina edənlərin evlənməsi onlar üçün bu günaha kəffarə sayılmır. Bu əməli edənlər səmimi qəlblə peşman olaraq Allahdan bağışlanma dilənməli, bu günaha aparan yollardan çəkinməli (naməhrəmə baxmaq, söhbət, toxunmaq, tək qalmaq və s.) və Allahın razılığını qazanmaq üçün başda namaz olmaqla xeyirli əməlləri artırmalıdırlar (məsələn: nafilə ibadətlər etmək, valideynlərə yaxşılıq, sədəqə vermək, dini öyrənmək və s.). Günah edən şəxs günahını gizlədərək heç kimə danışmamalıdır. Ətraflı oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?
Zina etmiş insan necə tövbə etməlidir?
Zina və ondan necə qorunmaq haqqında

Paylaş: