Mən Belarusiyada oxuyuram. Burada ət və ət məhsulları yeyə bilərəmmi?

    14.05.2014
Kimdən: 
Ruslan
Sual: 
Salam aleykum. Men Belarusiyada oxuyuram. Namaz qildigima gore burada et ve et mehsullari yemirem. Burada toyuq kesildikde "bismilleh" deyilmir. Yaxud da mal eti? Bele etleri yemek olarmi? Yeni burada qaldigim muddetde men et ve et mehsullari yeye bilerem ya yox? Allah razi olsun!
Cavab: 

Aleykum salam. Uca Allah Kitab əhlinin (xristian və yəhudilərin) yeməklərini müsəlmanlara halal buyurmuşdur. Allah Təala buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də kitab əhlinə halaldır". (əl-Maidə, 5).
İslam alimlərinə görə bu ayədə "Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də kitab əhlinə halaldır" deyildikdə onların kəsdikləri nəzərdə tutulur. 

Teqlər: 
Paylaş: