Papaqla namaz qılmaq olarmı?

    12.01.2023
Kimdən: 
Mirnahid
Sual: 
Hava soyuq olduğu üçün papaqla namaz qılmaq icazelidir ?
Cavab: 

Əssələmu aleykum. Bəli, papaqla namaz qılmaq içazəlidir. Lakin səcdə edərkən papaq alnın və burnun yerə dəyməsinə mane olmamalıdır. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın ətəyi­ni və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi". (Peyğəmbər alın deyəndə) burnuna da işarə etdi". (Səhih əl-Buxari, 812). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: