əl-Əhzab surəsinin 50-51-ci ayələrinin təfsiri

    13.04.2023
Kimdən: 
Nicat
Sual: 
Salam. Əhzab sürəsin 50/51-ci Ayələrin mənalarını acıqlayardız.
Cavab: 

Va aleykum Salam. Böyük təfsir alimi Abdur-Rahmən əs-Sadi (Allah ona rəhmət etsin) bu ayələrin təfsirində belə demişdir:

"50. Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri, sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, habelə, Peyğəmbərin ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik. Sonun­cusu digər mö­min­lərə deyil, yalnız sənə məx­­susdur. Onlara zövcələri və sa­hib olduqları cariyələr barə­sin­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə etdik ki, sənə bir çə­tin­lik olmasın. Allah ba­ğış­layandır, rəhmlidir".


Uca Allah bu ayədə Peyğəmbərə olan nemətini xatırladır ki, bu nemətlərin bir his­səsi həm Peyğəmbərin (ona Allahın salavatı və sa­lamı olsun!) özü, həm də qalan möminlər üçün, digər hissəsi isə yal­nız Peyğəmbər üçün təyin olunmuşdur. Uca Allah buyurur: "Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, ... sənə halal etdik", bu, Peyğəmbərlə möminlər arasında müştərək olan bir nemətdir. Uca Allah mehirlərini verdikləri zöv­cə­ləri möminlərə də halal etmişdir. Uca Allah buyurur ki, həmçinin "Alla­hın sə­nə bəxş et­dik­lərindən", yəni kafirlərlə müharibədə qənimət olaraq əsir götürdüyün və "sa­hib olduğun cariyələri, ... halal etdik", yəni onlarla yaxınlıq etməyi sənə halal etdik. Cariyələr – əsir götürülmüş kölə və azad olan həm ərli, həm də ərsiz qa­dın­lardır. (Ərli cariyələrlə gözləmə müddəti bitdikdən sonra yaxınlıq edilir. Cariyələrin gözləmə müddəti bir aydır). "sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, ... sənə halal etdik". Uca Allah, həmçinin, Öz Peyğəmbərinə (ona Allahın sala­vatı və sa­lamı olsun!) və müsəlmanlara icazə vermişdir ki, əmi, dayı, bibi və xala qızları ilə evlənsinlər. Ayədən başa düşülən budur ki, bu qadınlardan başqa qohum qadınlarla evlənmək qadağandır. Peyğəmbər (ona Al­la­hın salavatı və salamı olsun!) yalnız onunla birlikdə Mədinə­yə hic­rət edən əmi (dayı, bibi, xala) qızları ilə evlənə bilərdi. Bu ayə­nin ən səhih şərhlərindən birinə uyğun olaraq, bu məhdu­diyyət tək­cə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) aid idi. 
Uca Allah buyurur: "...habelə, Peyğəmbərin ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik". Uca Allah, həmçinin, Öz Elçisinə (ona Allahın sala­vatı və sa­lamı olsun!) könüllü surətdə onun zövcəsi olmaq istədiklərini bildirən qadınlarla ev­lən­mə­yə icazə vermişdir. Bu zaman seçim haqqı Allahın Elçisinə (ona Al­lahın salavatı və salamı olsun!) məxsus idi və o, ev­lən­mək­dən boyun qaçıra bilərdi. Bu hökm başqa müsəlmanlara aid deyildi və buna görə də mömin qadının sadəcə onun zöv­cəsi olmaq ra­zılığı əsasında, onunla evlənmək haq­qına malik de­yil...".

"51. Onlardan istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, is­tədiyini də öz yanına ala bilərsən. Özün­­dən ayır­dıq­la­rın­dan hansı birini ye­nidən öz yanına almaq istə­sən sə­nə heç bir gü­nah olmaz. Bu, onların sevin­mə­ləri, kədər­lən­məmələri və sənin on­lara ver­diklərindən razı qalmaları üçün da­ha münasibdir. Allah qəl­­bi­nizdə olan­ları bilir. Allah hər şeyi bi­lən­dir, həlimdir."

Uca Allah bu ayədə Öz Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) zövcələri ilə gecələməkdə növbələşməyi riayət etməməyi, bu bölgünü özü istədiyi kimi etməyə  icazə ver­məklə ona göstərdiyi lütfü bildirir. Bu bölgü Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) məcburi olmasa da, o həmişə çalışırdı ki, bu növbəliliyə riayət etsin və belə deyərdi: "Allahım! Mən sahib olduqlarımı bölüşdürməyi bu qaydada bacar­dım. Üzərində hökmüm olmayanlara görə məni məzəmmət etmə!”
"Onlardan istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən", yəni istədiyinlə gecələməyə bilərsən "is­tədiyini də öz yanına ala bilərsən", yəni istədiyinlə gecələyə bilərsən. Bu ona də­lalət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz zövcələri ara­sında növbəliliyə riayət et­məkdə sərbəst idi. Bir çox təfsirçilər hesab edir­lər ki, bu seçim haqqı Peyğəmbərə yalnız könüllü surətdə özünü ona təklif etmiş qadınlarla bağlı verilmiş­dir, yəni, bu qadınlardan istədiyinlə evlənə, istədiyinlə evlənməyə bilərsən. Ən doğrusunu Allah bilir. 
Sonra Uca Allah bunun hikmətini bəyan edərək buyurur: "Bu", yəni seçim ixtiyarının sənə verilməsi və hansı zövcənlə vaxt keçirməyini özün qərarlaşdırmağın "onların sevin­mə­ləri, kədər­lən­məmələri və sənin on­lara ver­diklərindən razı qalmaları üçün da­ha münasibdir". Onlar bilsinlər ki, Peyğəmbər onların qarşısında öz vəzifəsini unut­mamışdır və onla­rın haqqına sayğısızlıq göstərmirdir.
"Allah qəl­­bi­nizdə olan­ları bilir", yəni Allah insanların qəlblərində olan hər şeydən xəbərdardır və sizin öz dininizin fərz və na­filə hökm­lərini nə vaxt yerinə yetirdiyinizi də bilir. Bu­na görə Uca Allah Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bəzi vəzifələrini yüngülləşdirmiş və onun zövcələrinin qəlblərinə rahatlıq nəsib etmişdir.
"Allah hər şeyi bi­lən­dir, həlimdir", yəni, həqiqətən, Allah kamil biliyə malikdir və qullarına onların dünyəvi həyatını sahmana salan və onlara böyük mükafat qazanmağa kömək edən qanunlar nazil etmişdir. Uca Allah qullarını törətdikləri günahlara və qəlblərindən keçən pisliyə görə cəzalandırmır, onlara tövbə etmək imkanı verir. Bu Onun həlim olmasına görədir".
Teqlər: 
Paylaş: