Xəstəliklər günahlara kəffarədirsə, müalicə olunmaq günah sayılırmı?

    17.02.2023
Kimdən: 
İsmayilov kamil
Sual: 
Salam aleykum. Birinci nöbede Allah sizlerden razı olsun. Yaxşı emellerivize göre. Menim sualım 2 denedir. Ve xaiş edirem ki etraflı ve tutarlı delillerle cavab veresiz. 1ci sual meselen bir insanın eyağına balaca bir dikan batarsa buda boşu boşuna deyil. Yani o insanın günahlarının yuyulmasıdır. Bele neticeye gelirik ki insan eslinde bela ve müsibetlere sevinmelidir. Çünki bu hadiseler onun xeyrinedir. Elecede bir insan xestelenen zamanda günahlarının yuyulması demekfir. Bes bir insan xestelenerse Allah onun günahını yumağ isteyir. Hemin insan derman içir ki tez sağalsın.yani derman içmek halaldı yoxsa eksine günüha günah qatır?
Cavab: 

Va aleykum Salam. İnsanın başına gələn müsibətlər və tutulduğu xəstəliklər onun üçün günahlara kəffarə olsa da, bu, xəstəliklərdən müalicə olunmağa maneə deyil və bunun qadağan olunması ilə bağlı şəriətdə heç bir dəlil yoxdur. Əksinə, dinimiz müalicə olunmağı buyurmuşdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) demişdir: "Uca Allah elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin". (Muslim "Salam". 69, №: 2204; İmam Əhməd "Musnəd", 3/335).
Usamə ibn Şureyk (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavat və salamı olsun) yanında olarkən bədəvi ərəblər gələrək Peyğəmbərdən (Allahın ona və ailəsinə salavat və salamı olsun) soruşdular: "Ey Allahın Rəsulu, müalicə alaqmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bəli. Ey Allahın qulları, müalicə alın. Həqiqətən, Allah elə bir xəstəlik göndərməyib ki, onun şəfasını da göndərməsin. Yalnız bir xəstəlikdən başqa". Səhabələr (Allah onlardan razı olsun) onun nə olduğunu soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "ölüm" - deyə buyurdu". Başqa bir isə rəvayətdə belə demişdir: "Müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır". (Əbu Davud "Tibb" 1; ət-Tirmizi "Tibb", 2; İbn Məcəh "Tibb", 1). Həmçinin oxuyun:

Xəstəliklərin günahlara kəffarə olması

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Teqlər: 
Paylaş: