İnsanın özünə təlqin etməsi doğrudurmu?

    08.07.2023
Sual: 
əs sələmu aleykum 1 Allahın eşitməsi kamildi qulun eşitməsi naqisdi bəs Allah qüdrət versə qulda kamil eşidə bilər bunu ətraflı məlumat verə bilərsiz 2 özünə təlqin deyirlər məsələn ölümcül xəstədi özünü inandırır ki sağalacaq sonra sağalır iradə gücünə belə şey ola bilərmi
Cavab: 

Va aleykum Salam.

1) Uca Allahın ad və sifətlərinə imanın əsaslarından biri də budur ki, Uca Allah heç bir sifətində yaratdığı məxluqlara bənzəmir. Həmçinin heç bir məxluq da Allaha tay ola bilməz. Bu barədə ətraflı oxuyun:


2) Əgər sualda "təlqin" dedikdə insanın Allah barədə gözəl zəndə olması nəzərdə tutulursa, dinimiz bizə hər bir halda Uca Allah barədə gözəl zəndə olmağı buyurur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah belə buyurdu: "Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Mənə dua et­dik­də, Mən onun yanında oluram". (əl-Buxari "Ədəbul-Mufrad", 616). Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim, Cənnət, 81). Sözsüz ki, həmin adamın sağalması yenə də Allahın iznilədir. Özünə təlqin edən insan da anlamalıdır ki, ona şəfanı Allah vermişdir və həmin adam Allahın izni ilə sağalmışdır.
Paylaş: