İmam əş-Şafii barədə məlumat

    12.04.2023
Kimdən: 
Vüsal(15.01.2023)
Sual: 
Salam. İmam Şafii haqqında etraflı melumat vere bilersinizmi? İmam Şafiye göre sefer namazı neçe kilometr mesafeni keçdikden sonra seferi namazı hesablanır? Destamazlı olaraq,yemek yedikden sonra namaz qılmaq olarmı ve bu halda destamaz pozulurmu yeniden almağa ehtiyac varmı??
Cavab: 

Va aleykum Salam.

Muhəmməd ibn İdris əş-Şafii (150-204) əş-Şafii məzhəbinin banisi sayılır. Hicri təqvimlə 150-ci (miladi 767) ildə Fələstində, Qazzədə dünyaya göz açmışdır. Atası İdris Qazzəyə iş dalınca gəlib və orada vəfat etmişdir. Onun babalarından biri olan Şafii ibn əs-Saibənin soyu Abdul Mənaf vasitəsi ilə Rasulullahın (Allahın ona salavatı və salamı olsun) soyuna birləşir. Kiçik yaşlarında atasını itirən Muhəmməd anası ilə yoxsulluq içində yaşıyırlar. Dayıları onun soyunun şərəfli olmasını nəzərə alaraq bu soyu qorunmaq məqsədilə anası ilə onu götürüb Məkkəyə gətirirlər. Məkkəyə gəldikdən sonra o kiçik yaşlarından elm öyrənməyə həvəs göstərir. Artıq yeddi yaşında o Quranı əzbər bilirdi, on yaşında ikən imam Məlikin (Allah ona rəhm etsin) Muvatta adlı hədis kitabını əzbərləmişdi. O həmçinin ərəb şeirlərini və qrammatikasını mükəmməl bilən bir ədib kimi də tanınmışdır. Sonra bir çox alimdən hədis öyrəndi. Məkkənin valisinin tövsiyəsi ilə, Mədinəyə gedir. Burada imam Malikdən elm alır. İmam Malik (Allah ona rəhm etsin) əş-Şafiidə olan yüksək qavrama qabiliyyətini, zəkasını müşahidə etdikdən sonra, ona bu nəsihəti edir: "Ey Muhəmməd! Allahdan qorx, günahlardan çəkin, çünki mən sənin böyük bir şəxsiyyət olacağına ümid edirəm. Allahın, qəlbinə qoyduğu bu nuru günahlar ilə söndürmə!" Mədinədə olduğu dönəmdə imam Malikdən fiqh və hədis elmi alır. Sufyan ibn Uyeynədən, Fudayl ibn İyazdan, əmisi Muhəmməd bin Şafiidən və başqalarından hədis rəvayət etmişdir. İmam əş-Şafii və İmam Əhməd ibn Hənbəl bir-birlərindən elm almışlar. İmam Əhməd əş-Şafii barədə belə demişdir: "Uca Allah əş-Şafiidə bütün xeyiri cəm etmişdir" (əl-Məcmu, 1/40). 

İmam əş-Şafii də daxil olmaqla üç məzhəbə görə (İmam Malik, əş-Şafii və Əhmədə görə) səfər namazı yaşadığın yerdən 88 kilometr uzaqlıqda olduqda qılına bilər. Lakin doğru rəyə görə səfər məsafə ilə deyil, camaat arasında səfər kimi bilinməklə ölçülür. Həmçinin, oxuyun: Yaşadığın yerdən neçə km məsafə yol getdikdən sonra səfər sayılır? 

Yemək dəstəmazı pozmur. Dəstəmazdan sonra yemək yeyilərsə təkrar dəstəmaz almağa ehtiyac yoxdur. Yalnız dəvə ətindən hazırlanmış yemək istisnadır, çünki dəvə əti yemək dəstəmazı pozur. Ətraflı oxuyun: Dəstəmazı pozan amillər

Teqlər: 
Paylaş: