əl-Ənam surəsinin 92-ci ayəsinin təfsiri

    12.04.2023
Kimdən: 
Ali
Sual: 
"Bu da mübarək (xeyir-bərəkətli) özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik". (əl-Ənam, 92). Bu ayəni izah edərdiniz zəhmət olmasa Məkkə əhlini və ətrafındakıları dedikdə nə nəzərdə tutulur ? Önceden teşekkürler
Cavab: 

Əssələmu aleykum. Uca Allah əl-Ənam surəsi 92-ci ayədə belə buyurur: "Bu, şəhərlər anası Mək­kəni və onun ətrafındakı­ları qor­xut­maq üçün nazil etdiyi­miz, özündən əvvəlkiləri təs­diq edən mü­ba­rək bir Kitabdır. Axi­rətə inananlar ona da inanı­rlar. Onlar na­maz­larını doğru-düzgün qılırlar". Böyük Müfəssir İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir:

Uca Allah buyurur: "Bu", yəni Quran, şəhərlər anası Mək­kəni və onun ətrafındakı­ları”, yəni həm ərəb qəbilələrini, həm də ərəb olmayan Adəm övladlarının digər tayfalarını xəbərdar edəsən deyə, sənə nazil etdiyimiz mübarək Kitabdır. Necə ki Uca Allah başqa ayələrdə belə buyurur: De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Alla­hın elçi­si­yəm” (əl-Əraf, 158); “Bu Quran mənə, onunla si­zi və onun yetişəcəyi hər kəsi xəbər­dar etməyim üçün vəhy olun­­du” (əl-Ənam, 19), “Onu in­kar edən firqələrin vəd olun­duğu yer oddur” (Hud, 17); “Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!” (əl-Furqan, 1); “Ki­tab veri­lən­lə­rə və savadsızlara de: “Siz də, təslim oldu­nuz­mu?” Əgər təs­lim ol­salar, doğ­ru yola yönəlmiş olar­lar. Yox, əgər üz döndərsə­lər, bil ki, sənin öh­də­nə düşən ancaq haqqı təbliğ et­məkdir. Allah qullarını görəndir” (Ali-İmran, 20). əl-Buxari və Muslimin "Səhih" əsərlərində rəvayət edilən bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Mənə beş (xis­lət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: ...”, bu xislətlərdən biri də budur: “Hər bir peyğəmbər yalnız öz qöv­mü­nə göndə­rilərdi, mən isə bütün insanlara göndərilmişəm”. (əl-Buxari, 323, 335). Bu səbəbdən Uca Allah: Axi­rətə inananlar ona da inanı­rlar”– buyurur. Yəni, “Ey Muhəmməd, Allaha və Axirət gününə inanan hər kəs sənə nazil etdiyimiz mübarək Kitab olan Qurana da inanar”. Onlar na­maz­larını doğru-düzgün qılırlar”, yəni onlar özlərinə fərz edilmiş namazları vaxtlı-vaxtında qılarlar".

Teqlər: 
Paylaş: