Bir kəsin ölümünü düşünmək onun əcəlini tezləşdirirmi?
Va aleykum Salam. Uca Allah hər bir insanın öləcəyi vaxtı o hələ ana bətnində olarkən yazmışdır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” ...” (əl-Buxari, 2969, 3208). Uca Allah buyurur: "...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər". (Yunus, 49). Həmçinin buyurur: "Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlə". (əl-Əraf, 34). Odur ki, sizin bu barədə düşünməyiniz atanızın və qardaşınızın əcəlini tezləşdirməsinə səbəb deyil. Həmçinin oxuyun: Qədərə iman gətirməyin faydaları