İlk Cümə namazı harda və kim tərəfindən qılınıb?
Əssələmu aleykum. İslam dinində ilk Cümə namazı Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinəyə hicrət etməzdən əvvəl Mədinədə Əsad ibn Zurara (Allah ondan razı olsun) tərəfindən əl-Xadamət adlanan məkanda qılınıb. Abdur-Rahmən ibn Kəb ibn Malik (Allah ondan razı olsun) belə rəvayət edir: Atasının gözləri kor olandan sonra ona bələdçilik edirdi. Atası Kəb ibn Məlikdən (Allah ondan razı olsun) nəql edir ki, o, Cümə günü azan eşitdikdə Əsad ibn Zuraraya (Allah ondan razı olsun) (Allaha dua edərək) rəhmət istəyərdi. Mən ona dedim: Sən azanı eşidərkən Əsad ibn Zuraraya (Allah ondan razı olsun) rəhmət istəyirsən!" Dedi: "Çünki o, Bəyada qəbiləsinə məxsus Hərra kəndinin Həzminnəbit adlı ərazisində yerləşən və “Nəqiul-xadimət” deyilən bir dərədə bizə ilk dəfə Cümə namazı qıldırandır". Mən soruşdum: "O gün neçə nəfər idiniz?" O: "Qırx nəfər"- deyə cavab verdi". (Əbu Davud, 555).