Təcvid nə deməkdir?

    17.05.2014
Sual: 
Salam aleykum. Quranı təcvidlə oxumaq nə deməkdir? Ümumiyyətlə təcvid sözü nə deməkdir?
Cavab: 

Aleykum salam. Təcvid sözü yaxşılaşdırmaq, gözəlləşdirmək deməkdir. Təcvid - Qurani Kərimi gözəl tərzdə hər bir hərfin haqqını verərək və qaydalara düzgün şəkildə riayət edərək aramla oxumaqdır. Uca Allah buyurur: "Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Az bir hissəsi istisna olmaqla gecələr (namaza) dur! Onun yarısını, yaxud ondan bir az əskilt, və ya ona artır. Quranı da aramla oxu!" (əl-Muzzəmmil, 1-4).

Teqlər: 
Paylaş: