Qadın kişi həkimin yanında hicabını aça bilərmi?
Sual:
Salam. Həkim xəstəni başı açıq görəbilər? Hicablı qadın xəstəliyindən səbəb evə çağrılan həkim onu hicabsız görür. Yəni günah olduğu bilirəm, çox narahatam bu səbəbə görə. Nə etməli necə dua etməlidir ki Allah onu bağışlasın.
Cavab:
Va aleykum Salam. Qadın yalnız zərurət yarandıqda naməhrəm kişi həkimin yanında hicabını aça bilər. Əgər hicabı açmağa zəurət yaranmasa qadın hicabını aça bilməz. Əgər kişi həkimin yanında hicabsız olmağınız səhlənkarlıqdan olubsa, buna görə tövbə edin. Ətraflı oxuyun: Qadının kişi həkimin yanına getməsi düzgündürmü?