Beynimə intihar etmək barədə fikirlər gəlir, bundan necə qurtula bilərəm?
Sual:
Salam ,,menim sanki beyinmin icnde mene emir ediler,,,ozuv oldur sen bunu goturemersen deye,,emir ediler ve sosiyalsebekelerde ,,rasima gelen elhaksiz vidiyolar ve uzur isdeyirem bu soz ucun bayram nurlu kimler gorende goture bilmirem qəbul ede bilmirem bunar niye beledi deye ,,ve amaki ureyimde ALLAH ALLAH DEYERKEN sakitlesirem bu 3,4 aydi duzelmisem ondan evvel cox pis idim bilirem seytandi hetda arada sesnde esdirem beyinm icnde di ,,bezen inla dansdikim hiss edirem ,,bilmirem ki bu cadudu ve ya nedi ,,bunar meni qorxtmur sadace inanki ele an olubki deqeqəler qalibki ozum canma qəst edim ,,bu hele bir hisdirki yazmakla ne neciremse anatamam,,ama ki qəti qorxmuram BİRTEK ALLAH DAN BAŞQA,,,
Cavab:
Va aleykum Salam. İlk növbədə bilməsiz ki, insanın öz canına qəsd edib intihar etməsi böyük günahlardan biridir. Hətta bir hədisdə Uca Allah canına qəsd edənə Cənnəti haram etdiyini bildirir. Cundub ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Sizdən əvvəlki ümmətlərdə bir nəfər kişi yaralı idi. O ağrıya dözə bilməyib, bıçaqla əlini (damarını) kəsdi. Sonra axan qanın qarşısını almayıb öldü. Uca Allah isə belə dedi: "Qulum öz nəfsini mənə tez təslim etdi. Mən isə Cənnəti ona haram etdim (əl-Buxari, 3463; Müslim, 113). Bu barədə ətraflı oxuyun: İntihar etməyin günahı
Şeytan həmişə insanı günah işlərə, haram işlərə sövq edir. Şeytan intiharın böyük günah olduğunu bildiyi üçün sizə bunu vəsvəsə edir. Alimlər belə vəsvəsələr olduqda bu vəsvəsələrə fikir verməməyi, belə vəsvəsələr olduqda sanki arxada bir dəli insanın danışdığını təsəvvür etməyi buyururlar. Həmçinin oxuyun: Cadu və vəsvəsələrdən necə qorunmaq olar?