Namazda təkbir gətirərkən əlləri qulaqların ucuna qədər qaldırmaq lazımdırmı?
Sual:
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Size bele bir sualla müraciet etmek isteyirem. Namazda "Allahu Əkbər" söyləyib tekbir getirerken əlləri qulaqların ucuna qədər qaldırmaq lazımdırmı? Teşekkürler!
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Namaza təkbir gətirdikdə əlləri qulaqların və ya çiyinlərin səviyyəsinə qədər qaldırmaq lazımdır. Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: “Mən qərara aldım ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) namazı necə qılmağına baxacağam. Mən ona baxdım, o qalxdı və təkbir gətirdi, əllərini qulaqlarının (səviyyəsinə) çatana qədər qaldırdı. Sonra o sağ əlini sol əlinin, biləyinin və qolunun üzərinə qoydu". (Əbu Davud, 726).