Bir fərz namazını qıldıqdan sonra camaata qoşulub ikinci dəfə həmin namazı qılmaq olarmı?
Va aleykum Salam. Bir fərz namazını ikinci dəfə qılmaq icazəli deyil. İkinci camaata nafilə niyyəti ilə qoşulub qılmaq icazəlidir.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə bir kişi camaat namazına gecikdi və o məscidə gəldikdə artıq Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) fərz namazını qılmışdı. Kişi tək namaz qılmağa başladı. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu gördükdə dedi: "Kim bu kişiyə sədəqə edər və onunla namaz qılar?" Bir kişi qalxdı və onunla (nafilə niyyəti ilə) namaz qıldı". (Əhməd, 11631; Əbu Davud, 574; ət-Tirmizi, 220).
Bu hədis göstərir ki, bir insan fərz namazını qıldıqdan sonra eyni namazı qılan başqa bir camaatla rastlaşarsa nafilə niyyəti ilə onlara qoşula bilər.