Nə üçün bəzi məzhəblər İşa namazından sonra iki rükətdən artıq sünnət namazı qılırlar?

    02.07.2023
Sual: 
Salam.ne ucun henefiler iwa namazinda sunneti ikiden cox qilirlar
Cavab: 

Va aleykum Salam. İşa namazından sonra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gün ərzində çox vaxt qılıb nadir hallarda tərk etdiyi iki rükət sünnə namazı qılınır. Lakin İşa namazından sonra bəzən dörd rükət sünnə namazı qılınmasına da dəlillər var. Belə ki Abdullah ibn Amr demişdir: “Kim İşa namazın­dan sonra dörd rükət namaz qılarsa, Qədr gecəsində qılınan dörd rükət kimi savab qazanar”. (İbn Əbu Şeybə, 7351). Həmçinin Abdullah ibn Məsud demişdir: “Kim İşa namazın­dan sonra dörd rükət namaz qılar və onların arasını salamla ayırmazsa, bunlar Qədr gecəsində qılınan (dörd rükət) kimi olar”. (İbn Əbu Şeybə, 7353). Bu namazların daim qılınması düzgün deyil. 

Ətraflı oxuyun:

Sünnət namazları hansılardır?

Fərz namazlarının sünnətləri neçə rükətdir?

Teqlər: 
Paylaş: