Böyüklər xətrimə dəyəndə özümü necə aparım ki, Allah məndən razı qalsın?

    18.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. Menim size sualim budur ki, evdeki insanlar menim xetrime deyende ozumu islam dinine gore nece aparim? Herden boyukler menimle pis davranirlar. Onlar menimle pis davrananda, menimle aci-aci danishanda, men ozumu nece aparmaliyam ki, Allah Teala menden hemishe razI qalsin!? Siz meslehet vererdiz! Allah komeyiniz olsun!
Cavab: 

Aleykum salam. İslam dini böyüklərə hörmətlə yanaşmağı buyurur. İslam dininə görə Uca Allahın və Onun Elçisinin (salləllahu aleyhi və səlləm) haqqından sonra valideyn haqqı ən böyük hesab olunur. Həmçinin, övladın da valideyn üzərində haqları vardır. Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn üçün, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Həmçinin, övlad da valideynə qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Uca Allah buyurur: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8). Daha ətraflı: Valideynləri incitməyin günahı

Teqlər: 
Paylaş: