"Asiyə" adını uşağa qoymaq olarmı?
Sual:
Salam Asiya adı ilə bağlı olacaq sualım bir cavabda yazmısız “Asiyə" (ع, ayn və ص, sad) hərfləri ilə yazılarsa, ərəb dilində "asi olan, üsyan edən" mənasını verər. Ona görə də peyğəmbərimiz bu adın mənası yaxşı olmadığı üçün bu adı daşıyan qadının adını dəyişdirərək ona "Cəmilə - جمبلة" (gözəl) adını vermişdi” Yəni indi mən qızıma Asiya adını qoya bilərəm?)Yoxsa yaxşı məna vermir deyə qoya bilmərəm?
Cavab:
Va aleykum Salam. Ərəb dilində olan bəzi hərflərin azərbaycan dilində qarşılığı olmadığı üçün həm آسية - Əsiyə, həm də عاصية - Asiyə adları azərbaycan dilində eyni cür "Asiyə" kimi səslənir. Odur ki bu adı qoymaqdan çəkinməyi məsləhət görürük. Həmçinin oxuyun: