Hər dəfə namaz qıldıqdan sonra sükür səcdəsi etmək düzgündürmü?
Sual:
Salam aleykum. Men her namazdan sonra shukur secdesi edirem. Sadece namazi bitiren kimi secde ederek shukren lilleh (3 defe) deyirem. Qalxib hemd sureni oxumadan, rukuya getmeden edirem. Bele etmek duzgundurmu?
Cavab:
Aleykum salam. Hər dəfə namaz qıldıqdan sonra şükür səcdəsi etmək düzgün deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) sevindirici bir hadisə baş verəndə Uca Allaha şükür əlaməti olaraq səcdə edərdi. Yəni bu səcdəni səbəbsiz yerə gündəlik ibadətlərdə etməzdi. Şükür səcdəsi namazdan kənar istənilən vaxtda yerinə yetirilə bilən bir səcdədir.