əl-Furqan surəsinin birinci ayəsinin təfsirini yaza bilərsinizmi?
Sual:
Salam aleykum va rahmetullahi va beraketu. Suallarimizi qisa vaxt erzinde ve kifayet edecek qeder cavablandirdiginiz üchün minnetdaram. Furqan suresinin birinci ayesinin lazimi qaydada tefsirini vermenizi xahish edirem.
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Allah Təala buyurur: "Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır! (əl-Furqan, 1).
Uca Allah bu ayədə Öz əzəmətinin kamilliyindən, həmçinin, çoxsaylı nemətlərindən və səxavətli olmasından xəbər verir. Uca Allahın insanlara göstərdiyi ən böyük mərhəməti onlara Quranı nazil etməsidir. Furqan Quranın adlarından biridir. Furqan haqqı batildən, haramı halaldan, doğru yolu zəlalətdən ayırd edən deməkdir. Quranın ayələri sayəsində insanlar haqqı nahaqdan ayırd edərək doğru yola yönəlirlər. Uca Allah bu müqəddəs kitabı Öz qulu və rəsulu Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - nazil etmişdir. Sonra Allah Təala xəbər verir ki, Onun Furqanı (yəni Quranın) nazil etməsinin məqsədi insanları xəbərdar etməsidir. Yəni insanlara Allahın qəzəbinə səbəb olacaq şeyləri bildirməkdir ki, insanlar bundan çəkinib Allahın lütfünə və mərhəmətinə nail olsunlar. İnsanlar Quranın nəsihətinə qulaq asıb Quranın hökmlərinə itaət etsələr, həm bu dünyada, həm də öləndən sonra nicat taparlar. Həmçinin, əbədi səadəti - Cənnəti əldə edər və sonsuz nemətlərə sahib olarlar. Bundan daha böyük xeyirxahlıq nə ola bilər?!