İşlərim düz gətirmir, borcdan qurtula bilmirəm, nə edim?

    12.07.2023
Kimdən: 
Ceyhun
Sual: 
İşlərim düz getmir sıxıntı var heç bir cür borc dan qurtara bilmirəm
Cavab: 

Əssələmu aleykum. Borcdan qurtulmaq üçün Allah Elçisi bizə gözəl dua öyrətmişdir: Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, bir kölə onun yanına gəlib belə dedi: “Kölə­likdən azad olmaq üçün borcumu ödəməyə acizəm, mənə yardım et!” Əli dedi: “Allah Elçisinin (sallallahu aleyhi və səlləm) mənə öyrət­diyi bəzi kəlmələri sənə öyrədimmi? Siyr dağı boyda borcun olsa belə Allah onu sənə ödətdirər. Belə dua et: “Allahım! Məni Öz halalınla kifayət­ləndirib haramına möh­tac etmə! Məni Öz lüt­fünlə Özündən başqasına möhtac etmə!” (ət-Tirmizi, 3563, 3911. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 266).

Duanın transkripsiyası: Alla:humməkfini: bihələ:likə an həra:mikə va əğnini: bifədlikə ammən si­və:k!

Ətraflı oxuyun:

Paylaş: