Namazda "istiazə" və "bəsmələ" demək vacibdirmi?

    16.07.2023
Sual: 
Əuzubillahiminə şeytanı rəcim bismillahir Rəhmanır Rəhim sözün namaza başlayanda deməy müstəhəbdir yoxsa niyyətdən soram ?
Cavab: 

Əssələmu aleykum. Namazda "əuzu billəhi minəş-şeytanir-racim" (məlun şeytandan Allaha sığınıram) və "bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümlələri Təkbiratul-Ehramdan (namaza başlayarkən deyilən ilk təkbirdən) sonra deyilir. Niyyət isə namaza başlamazdan əvvəl olur. 

Doğru rəyə görə namazda "İstiazə" (əuzu billəhi minəş-şeytanir-racim) və "bəsmələ (bismilləhir-Rahmənir-Rahim) demək vacib deyil, yəni əgər unudulsa və ya tərk olunsa namaz səhih sayılır. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: