Vəzifəli şəxsə özü tələb etmədən verilən şirinlik pulu rüşvət sayılırmı?

    17.07.2023
Kimdən: 
Emin
Sual: 
Salam Aleykum. Sualim beledir. Men tikinti adamiyam herden olurki men obyekte gedende mene sirni pul verirler (zehmet cekirsen gedib gelirsen deye) men teleb etmirem ozleri verir.. Bu pulu almaq haramdir yoxsa yox. Qabaqcadan cox saqolu
Cavab: 

Va aleykum Salam. Vəzifəli şəxsə işindən əlavə verilən pul rüşvət sayılır və onu götürmək haramdır. Əbu Humeyd əs-Səidi (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi va səlləm) Əzd qəbiləsindən ibn Lutbiyyə adlanan bir kişini zəkat malını yığmaq üçün göndərdi. Həmin şəxs gələndə dedi: "Bunlar sizindir, bunu isə mənə hədiyyə veriblər". Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra dedi: "Mən birinizi bir işə göndərdiyimdə, o gəlib: "bunlar sizindir, bunu isə mənə hədiyyə veriblər" - deyir. Əgər doğrudan da belədirsə qoy o şəxs ata-anasının evində otursun görək ona hədiyyə gəlirmi? Allaha and olsun ki, haqsız olaraq bir şeyi götürən şəxs Qiyamət günü Allahın hüzuruna həmin şeylə gələcəkdir. Elə edin ki, sizdən heç birini böyürən dəvə, inək və ya mələyən qoyun daşıyan şəxs olaraq tanımayım". Sonra o əllərini qaldırıb dedi: "Allahım, çatdırdımmı?" (əl-Buxari, Muslim). Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: