Namazada "Əuzu Billəhi-minəş-şeytanir-racim" deməsəm namaz səhih sayılırmı?
Va aleykum Salam. Namaza başlayarkən əl-Fatihə surəsindən əvvəl "Əuzu Billəhi-minəş-şeytanir-racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsini demək müstəhəbdir. Bu cümləni deməmək namazı batil etmir. Uca Allah buyurur: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur” (ən-Nəhl, 98-99). Həmçinin buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir” (Fussilət, 34-36). Şeytanın vəsvəsəsini yalnız Allaha sığınmaqla dəf etmək mümkündür. "Əuzu Billəhi-minəş-şeytanir-racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) deməklə müsəlman şeytanın vəsvəsəsindən Allaha sığınır. Əksinə, həmin bacının bu kəlməni deməyə qorxması elə şeytanın vəsvəsəsidir. Bu vəsvəsədən qurtulmaq üçün şeytandan Allaha sığınmaq, yəni "Əuzu Billəhi-minəş-şeytanir-racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) demək lazımdır. Ətraflı oxuyun: