Gecə namazı neçə rükət qılınır?

    01.01.2014
Sual: 
Salam aleykum. Allah Təala sayta gore sizden razi olsun. Gece namazi nece qilinir? Mene bu haqda melumat vererdiz.
Cavab: 

Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə namazını on üç rükətə qədər qılardı. Gecə namazı İşa namazından sonra Sübh namazının vaxtına qədər qılmaq olar. Lakin ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır. Gecənin üçdə bir hissəsini hesablamaq üçün günbatan vaxtdan Sübh namazına qədər olan vaxtı üç hissəyə bölür və axırıncı hissənin vaxtını götürürsünüz. Gecə namazını Sübh namazı kimi iki rükət qılaraq on üç rükətə qədər qılmaq olar. Axırıncı bir rükət isə Vitr namazı hesab olunur. Vitr tək deməkdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) gecə namazını səkkiz, on, on iki rükət qılıb sonda bir rükət Vitri qılardı.
Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: http://zikr.az/#prayer-times

Teqlər: 
Paylaş: