Namazın bütün rükətlərində əl-Fatihə surəsi oxunmalıdırmı?

    06.08.2023
Sual: 
Salam subh namazinin ferzinde son ruketde zami sure oxunmalidirmi?bilmeden yalniZca 1.ci ruketde oxumusam namazlarim batil olarmi?
Cavab: 

Və aleykum Salam. Namazın səhih sayılması üçün hər rükətdə əl-Fatihə surəsini oxumaq şərtdir. əl-Fatihə surəsindən sonra surə oxumaq müstəhəbdir, vacib deyil. Odur ki əl-Fatihə surəsindən sonra surə oxunmasa namaz səhih sayılır. Sualda qeyd da etdiyiniz "zami surə" deməklə nəyi nəzərdə tutduğunuzu başa düşmədik. Əgər əl-Fatihə surəsini nəzərdə tutursunuzsa əvvəl qeyd etdiyimiz kimi əl-Fatihə surəsi oxunmadan namaz səhih deyil. Lakin bilmədən etdiyinizə görə namazınız səhih sayılır və bu namazları yenidən qılmağa ehtiyac yoxdur. 

Teqlər: 
Paylaş: