Yerindən müvəqqəti duran kəs təkrar yerinə qayıtdıqda yerində oturduğu adamı durğuza bilərmi?

    07.08.2023
Kimdən: 
Abdurrauf
Sual: 
Salam məçiddə oturduğun yerdən duranda kimsə oturarsa o adamı durğuzmaq olar ki burda mən oturmuşdum yada durduğun yerə nəsə qoymaq olar əvvəlcədən təşəkkürlər hansı hədisdirsə yazsaniz yaxşı olar
Cavab: 

Və aleykum Salam. Yerindən müvəqqəti (dəstəmaz almaq üçün və ya hansısa bir ehtiyac səbəbindən) duran kəs təkrar yerinə qayıdarsa onun yerində oturan adamı durğuza bilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizlərdən biriniz (ye­rindən) qalxarsa..." Başqa bir rəvayətdə isə belə deyilir: "Oturduğu yerindən qalxan, sonra ora qayıdan kəs o yerə daha çox haqlıdır". (Səhih Muslim, 2179; Əbu Davud, 4853; İbn Macəh, 3717; İmam Əhməd, 7514). Həmin insan gedərkən yerinə hansısa bir əşyasını da qoya bilər. Ətraflı oxuyun:

Paylaş: