Uca Allah Adəmə tövbə etmək üçün hansı kəlmələri öyrətdi?

    01.08.2023
Sual: 
Salam aleykum Allah Ademi Tovbe Etmek Üçün hansı Kelmeleri oyretmiwdir?
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir" (əl-Bəqərə, 37). İbn Kəsir bu ayənin təfsirində demişdir:

"Təfsir alimləri ayədə keçən "kəlmələr" sözünün Uca Allahın: Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər” (əl-Əraf, 23) ayəsi ilə təfsir olunduğunu deyirlər. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi”, yəni Adəm dedi: "Ey Rəbbim! Məni əlinlə yaratmadınmı?” Uca Allah: "Bəli"- dedi. Adəm dedi: "Öz tərəfindən mənə ruh üfürmədinmi?” Uca Allah: "Bəli"- dedi. Adəm dedi: "Əgər tövbə edib, əməllərimi islah etsəm məni Cənnətə qaytararsanmı?" Uca Allah: "Bəli"- dedi”. (əl-Hakim, 4002).

Teqlər: 
Paylaş: