Qadın ərinin izni ilə tək məscidə gedə bilərmi?

    30.07.2023
Sual: 
Əssələmu aleykum.Qadın tək ( yoldaşı halallıq verirsə) avtobusdan,metrodan istifadə edərək təcvid öyrənmək üçün məscidə gedə bilər?
Cavab: 
Və aleykum Salam. Qadın ərinin izni ilə tək məscidə gedə bilər. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qadınlara Allahın evlərinə getməyi qadağan etməyin, lakin evləri (evlərində namaz qılmaları) onlar üçün daha xeyirlidir" (Əbu Davud, 480). Qadınların məhrəm olmadan səfərə çıxmaları qadağandır. Şəhər daxilində isə ərinin izni ilə evindən çıxması icazəlidir. Əgər metro və avtubuslarda sıxlıq yoxdursa, qadın məscidə getmək üçün bu nəqliyyat vasitələrindən istifadə edə bilər. Ətraflı oxuyun:
Teqlər: 
Paylaş: