Qadınların məscidə getmələri vacibdirmi?

    20.07.2022
Kimdən: 
Zeynəb2d
Sual: 
Qaynatamgille bir yaşayiriq mescide getmeyime Quranı öyrenmeyime icaze vermir ne etmeliyem.Yoldaşımda istemirde bir ele ama ailesi razi olsa oda razilaşacaqdiNe etmeliyem bu halda. Birde üzr isteyirem.suyla bağlı problemımız olur cünüb qusulunu yalnız onlar olmadigi vaxt ala bilrem çox zaman.yeni ona qeder qarışırlar açıq aydin.hamam yandrsam.hemde seraitimizi imkanlari oldugu halda duzeltmirlər bu evde gelin var elexsus namaz qılır ozlerini başa düşmemezliye qoyurlar. Hem ayri yerdede evimiz var.oradaki heç vax yoldaşımla bizi tek gondermirler nede ayri yaşamaga qoymurlar.yeni imkan ola ola bunu etmirler bu halda ne edim.sebr edirəm ama onlar mene heç vaxt bele seyin olmayacaqini deyirler
Cavab: 

Əssələmu aleykum.

Əvvəla bunu qeyd edək ki, qadınlara məscidə getmək vacib deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qadınlara Allahın evlərinə getməyi qadağan etməyin, lakin evləri (evlərində namaz qılmaları) onlar üçün daha xeyirlidir" (Əbu Davud, 480). Bu hədis göstərir ki, Preyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əmrinə itaət edərək evində namaz qılan qadın məsciddə namaz qılmaqdan daha çox savab qazanır. Quran oxumağı isə video zənglə də öyrənə bilərsiniz. Ətraflı oxuyun: Qadınlar cümə və adi günlərdə məscidə camaat namazına gedə bilərmi?

Əgər su ilə problem varsa, bu halda cunub olduqda təyəmmüm edin, sonra qüsl alana qədər sonrakı namazlara dəstəmaz alın. Həmçinin, oxuyun:

Teqlər: 
Paylaş: