Valideynə söz qaytarmaq olarmı?
Və aleykum Salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24). Əgər valideynə "Uf!" demək belə qadağandırsa, o zaman bundan daha ağır sözlər demək heç olmaz. Alimlər bu ayənin təfsirində bildirmişlər ki, bir insanın valideyninə etirazını bildirməyin ən yüngül forması ona: "Uf!" deməsi ilə olur. Əgər bu sözdən daha yüngül bir söz olsaydı Uca Allah onu bildirərdi. Ətraflı bu cavabları oxuyun:
Ata-ananı incitməyin günahı barədə
Ata ilə küsülü qalmaq olarmı?