Nişan etmək qızla oğlanı bir-birlərinə halal edirmi?

    01.08.2023
Kimdən: 
Günəş
Sual: 
Salam Aleykum,nəyə görə kəbin olduğu halda toy olmayıbsa belə,nişanlılar bir biri ilə yaxınlıq edə bilməzlər? Axı artıq Allah qatında valideyn icazəsi ilə kəbin kəsilib,onlar da ər-arvad bir birlərinin halalı sayilmirlar?
Cavab: 

Və aleykum Salam. Nişan edərkən qızın valideynləri onların yaxınlıq etməsinə deyil, sadəcə qızlarının gələcəkdə bu oğlana ərə verəcəklərinə razılıq verirlər. Bu isə kəbin sayılmır. Çünki nişanlı olmaq hələ ailə qurmaq deyil. Kəbində qızın vəlisi "qızımı bu oğlana ərə verdim", oğlan isə "bu qızı zövcə olaraq qəbul etdim" deməklə kəbini təsdiqləyirlər. Nişanda isə belə olmur. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: