Qayınanam hicab geyinməyimə qarşıdır, nə edə bilərəm?
Sual:
Salam men qaynanamgile qaliram.Özüm namaz qiliram neçe aydı ki,hicab barede düşünürdüm.Ve sanki rebbim üreyime hicab eşqin saldı keçmek qerarina geldim.Amma tekce qaynanam razı deyil keçeceyimi bildiyi vaxtdan ele ancaq deyir istemirem keçmeyini soz sohbet olur.Yoldaşım amma çox isteyir mene deyir bir evde razılıq olmadıqda sora keçme hicaba.Men neyleyim bes çox qırılıb qelbim ondan sora qaynanama ne qeder başa salsaqda xeyri yoxdu.
Cavab:
Və aleykum Salam. Hicab geyinmək Uca Allahın əmridir və bu məsələdə heç kimə itaət etmək olmaz. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda yaradılana itaət edilməz". (İmam Əhməd, 1095). Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu və digər hədislərinə əsasən valideyn kimi insana ən yaxın adam Uca Allaha asilik etməyi buyursa belə ona itaət etmək olmaz. Odur ki əgər yoldaşınız hicab geyinməyinizi istəyirsə, çalışın onun vasitəsilə qayınananızı yola gətirəsiniz. Ətraflı bu cavabı oxuyun:
Valideynlərim hicab bağlamağıma icazə vermir. Mən nə edə bilərəm?