Mühiti dəyişdiyinə görə bağırsaqlarında müvəqqəti problem yaranan kəs namazı necə qılmalıdır?

    12.08.2023
Sual: 
Salam aleykum. Mən mühitimi dəyişəndə bağırsaqlarım çox vaxt narahat olur, tez-tez yel çıxır. Bəzən tam keçib getməsi üçün 15 dəq fln gözləyirəm amma yenə dəstəmaz pozulur. Belə olan hallarda mən hər pozulduqca təzdən almalıyam dəstəmazı?
Cavab: 

Və aleykum Salam. Əgər bu hal vacib olan namazın vaxtı çıxana qədər davam edirsə, o halda namazın vaxtı daxil olduqdan sonra dəstəmaz alıb namazınızı qılın. Belə olan halda siz üzürlü sayılırsınız. Əgər namazın vaxtı çıxana qədər bu hal aradan qalxırsa o  zaman bu halın aradan qalxmasını gözləyin. Ətraflı oxuyun:
Yel çıxması xəstəlik halını alarsa, namaz batil olurmu?

Teqlər: 
Paylaş: