Səhih əl-Buxaridə olan hədislər mötəbərdirmi?

    16.08.2023
Kimdən: 
Kimsə
Sual: 
Salam necəsiz. Sizə bəzi suallarım var. Səhih Əl Buxari kitabı mötəbər kitabdırsa niyə həmin kitabda zəif hədislər var? Bu kitaba güvənə bilərikmi? Bu saytda oxudum ki,bürclər yalandır və həmin proqnozlara inanmaq küfrdür. Bunu bilirəm ama ki, bu barədə çox vəsvəsələr gəlir. Neynəyə bilərəm? Əhli beyt Aişədən gələn hədisə görə Muhəmməd peyğəmpər,Əli,Fatimə,Həsən,Hüseyndir. Digərlər ki var 12 imam onlar əhli beytdir? Birdəki oğlum deyir ki bu sayt yazanlar hansl məscidə gedirlər,onlarla görüşmək olarmı? Çox sağolun,Elminiz bol olsun. Səid Nursi kimdir və kitabların oxumaq olarmı? Ərəbistanın yaşıllığa çevrilməsi hədisi səhihdirmi?
Cavab: 

Va aleykum Salam.

1) əl-Buxarinin "Səhih" əsərində olan bütün hədislər səhihdir, mötəbərdir və hədis alimləri bunu yekdilliklə qəbul etmişlər. Səhih əl-Buxaridə olan bütün hədislərə etibar etmək olar. Həmçinin Muslimin "Səhih" əsəri də belədir. Bu barədə ətraflı oxuyun:

Buxari və Muslimin hədis kitablarında zəif hədislər varmı?


2) Özünüz də bunu vəsvəsə adlandırırsınız. Ona görə bu vəsvəsələrə fikir verməyərək həyatınızı davam edin və yalnız Allaha təvəkkül edin. Həmçinin oxuyun:
Bürclər varmı və onlara inanmaq olarmı?


3) Bu cavabı oxuyun:
Əhli Beyt kimlərdir?


4) Bu cavabı oxuyun:
Səid Nursi kimdir və onun kitablarını oxumaq olarmı?

Paylaş: