Buxari və Muslimin hədis kitablarında zəif hədislər varmı?
Sual:
Əssələmu Aleykum qardaşlar mənim bildiyimə görə Səhih buxaridə Muslimdə adi səhih olmasina baxmayaraq zəyif hədislər yer alir sssMəsələn naskiyə məhss barədə hədislər yəni hədis əhli zəyif hədislərin olduğunu da deyirlər Mən bilməy istəyirəm ki Buxari necə olub ki səhihlə zəyifi bir kitaba yiqib yeni günümüzdə etibarli edis kitablari onlardi
Cavab:
Və aleykum Salam. Əvvəlcə onu deyək ki, yer üzündə ən səhih, heç bir şəkk-şübhə doğurmayan, etibarlı və səhvsiz olan kitab, Qurani Kərimdir. Uca Allah buyurur: "Əlif Ləm Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar Məhz onlar nicat tapanlardır". (əl-Bəqərə, 1-5).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin yoludur. Əməllərin ən pisi isə sonradan uydurulanlardır...". (İmam Əhməd, 1/392-393,432; Əbu Davud, 2188; ət-Tirmizi, 1105; ən-Nəsai, 3/104-105, 6/69). Daha ətraflı:
Quran hidayət nurudur!
Qiyamət gününədək qorunan Kitab
Allahın kəlamı nə ilə fərqlənir?
Müqəddəs Quranın adları
Quran bənzərsizdir!
Qurandan savayı hətta bəzi kitabların adlarının səhih olmasına baxmayaraq orada insan əməyinin olduğu üçün həmin kitablarda xətanın və qeyri səhih məlumatların olması labüddür və bu, normal haldır. Bu da həmin kitabların sahibləri üçün bir alçalma meyarı, göstəricisi yox, əksinə, onlar üçün bir şərəfdir. Çünki, səhvsiz və qüsursuz yalnız Uca Allahın kitabıdır. Bu nöqtəyi nəzərdən də qeyd etdiyiniz kitablarda hər hansı bir zəif hədisin yer alması adi haldır. Ancaq bununla belə İslam alimləri yekdilliklə ittifaq ediblər ki, Allahın kitabından sonra yer üzündə ən səhih kitab bu iki kitab, Səhih əl-Buxari və Səhih Muslimdir. Cümhur alimlər isə ittifaq etmişdirlər ki, hədis elminin tələbinə və üslubuna görə əl-Buxarinin "səhih" adlı əsəri, Muslimin "səhih" adlı kitabından daha səhihdir. Böyük islam alimi Əbu Amr ibn Salah demişdir ki, bütün alimlərin həmfikir olduqları rəyə əsasən əl-Buxari və Muslimin "səhih" adlı əsərləri Allahın kitabından sonra ən doğru, səhih və etibar olunası kitabdır. (Muqadimmətu İbn Salah, səh: 10).
əl-Hafiz isə demişdir ki, bir-iki alim ixtilaf etmişdir ki, Muslimin "əs-Sahih" adlı əsəri, əl-Buxarinin "əs-Sahih" adlı əsərindən daha doğrudur. Lakin, digər bütün alimlər yekdilliklə əl-Buxarinin "əs-Sahih" adlı kitabının daha səhih olduğu qənaətindədirlər. ("Muqaddimətul-Fəth", səh: 8).
İmam ən-Nəvəvi isə bunu şərh edərkən demişdir ki, bu, alimlərin ittifaqı ilə belədir. (ən-Nəvəvi "ən-Nukət alə muqadimməti İbn Salah", səh: 163).
Həmçinin alimlər qeyd etmişdirlər ki, əl-Buxari və Muslimin hər ikisinin də səhih olması üzərində ittifaq etdiyi hədislərin zəif olması isə ümumiyyətlə heç ehtimal belə olunmur. Ancaq Əbu əl-Həsən əd-Dəraqutni kimi bir neçə hədis alimi (Allah onlara rəhmət etsin) Səhih əl-Buxaridə və Səhih Muslimdə yer alan olduqca çox az sayda olan bəzi hədislərə zəif demişdirlər. Bu kimi alimlər tərəfindən həmin kitablarda ən çoxu 10-17, ən azı isə 5 hədisin səhih olmasına etiraz edilmişdir. İmam əd-Dəraqutnin bu etirazları da cümhur alimlərinin üzərində olduğu ümumi hədis qaydalarına uyğun olmadığına görə qəbul edilməmişdir. Ona görə islam alimləri demişdirlər ki, bütün siravi və alim olan müsəlmanların qəlbində və nəzdində Qurani Kərimdən sonra bu iki kitabın qədir-qiyməti olduqca böyük və danılmazdır və bu, səhih etiqad üzərində olan hər bir müsəlmana məlum məsələdir. Bu səbəblərə əsasən də alimlərin və səhih əqidə sahibi olan müsəlmanların bu iki kitab barəsində olan gözəl şahidliyinə görə bu kitablara ehtiramla yanaşmaq və onların hörmətinin, əzəmətinin və məqamının qorunub saxlanılması hər bir müsəlmana vacibdir. Bu kitablar barədə xoşagəlməz sözlər danışaraq onları gözdən salmaq, onlar haqqında insanlarda şəkk-şübhə doğurmaq və orada olan hədislər barəsində layiq olmayan sözlər danışmaq isə heç bir kəsə icazəli deyildir. Buna öyrətmə, müzakirə, araşdırma və s. bu kimi səbəblər baxımından yalnız hədis elminin sahiblərinə və bu elmi gözəl şəkildə bilənlərə icazə verilir. Həmçinin oxuyun:
Səhih və zəif hədisləri necə ayırmaq olar?
İmam əl-Buxari kimdir?
İmam Muslim kimdir?
Həmçinin onu da qeyd edək ki, hədislər Qurani Kərimi açıqlayır və təfsilatını bildirir. Hədislərə inanmamaq insanın Quranı səhv başa düşərək azmasına gətirib çıxarır. Hədis ilk baxışda qəribə göründükdə, alimlərin ona verdiyi şərhi oxumaq, həmçinin səhih, yoxsa zəif olmasına baxmaq lazımdır. Həmçinin oxuyun:
Təkcə Quranla kifayətlənib, hədislərə ehtiyac duymamaq olarmı?