Səhih və zəif hədisləri necə ayırmaq olar?
Aleykum salam. Az bir qismi çıxmaqla bütün dünyada səhih qəbul edilən kitablar bunlardır: əl-Buxari, Muslim, ət-Tirmizi, Əbu Davud, İbn Məcəh və s. Bu kitabların səhihliyini həm onları tədqiq edən alimlər təsdiqləmiş, həm də həmin kitabları yazan alimlərin hədislərin toplanmasıda riayət etdikləri qaydalar onların səhihliyindən xəbər verir. Bu kitabları qəbul etməyən bəzi firqələrin "səhih" dedikləri kitablarda elementar olaraq hədisi kimin rəvayət etməsi, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu sözü kimin eşitdiyi qeyd edilməmişdir, bu halda onun səhihliyinə necə iddia etmək olar? Əsl səhih hədis kitablarında Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) başlayaraq həmin hədisi yazan alimə qədər hədisin kimdən kimə ötürüldüyü açıq aydın qeyd edilmiş, həmin şəxslərin yüksək əxlaqlı müsəlman olması, unutqan olmaması və digər şərtlərə xüsusi önəm verilmişdir. Uca Allah Quranda səhih hədisləri də Quran kimi qoruyacağına vəd vermişdir: "Sənə də Zikri (Sünnəni, hədisləri) nazil etdik ki, insanlara, onlara nazil olanı (Quranı) izah edəsən və bəlkə onlar fikirləşələr". (ən-Nəhl, 44).
"Şübhəsiz ki, Zikri (Quran və onun təfsilatını bildirən hədisləri) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
Namazın qılınma qaydası və bütün digər şəriət məsələləri Quran və səhih hədislərə əsaslanmalıdır, çünki Uca Allah buyurur: De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
Bu səbəbdən bütün əməlləri Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədislərində xəbər verildiyi şəkildə yerinə yetirmək vacibdir. Daha ətraflı:
Hədislərə tabe olmağın vacibliyi
İmam əl-Buxari kimdir?
İmam Muslim kimdir?