Həyat yoldaşımı namaza və hicab geyinməyə məcbur etməyim günahdırmı?

    30.08.2023
Kimdən: 
Bash
Sual: 
Salam aleykum. Bele bir sual verim. Yoldasim namaz qilmir. Men defelerle onunla dalawdim ki namaz qilib hicab geyinsin. Amma o ise hele tez baglamaq istemediyini deyir. Men nece edim ki o namaza gelsin ve hicab geyinsin. O geyinmiw olsada men onu bilirem ki o bunu menim ona tez tez mecbur 3tdiyim ucun geyinib. Isteyirem ki o hicabi oz isteyi ile geyinsin. Menim onu tez tez mecbur etmetimde bir gunah yoxdurki ?
Cavab: 

Və aleykum Salam. Hər bir müsəlmanın vəzifəsi ilk növbədə öz ailəsini haqqa dəvət etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır". (ət-Təhrim, 6). Çalışın həyat yoldaşınız öz istəyi ilə hicab bağlasın və namaz qılsın. Dəvət əksər hallarda bir günün içində baş tutan şey deyil, bunun üçün səbr etməli, elm öyrənməli, ilk növbədə öz əxlaqınızla nümunə olmalısınız. Hikmətlə və səbrlə, hər sözü öz yerində deməklə, insanlarda ikrah hissi yaratmadan bunu etmək lazımdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Ona görə də, siz səbr edin, onların cahil olduqları üçün danışdıqları sözlərə qəzəblənməyin və onları dəvət etməyə Cənnəti qazanmağın yolu kimi baxın. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: