Bir saleh əməli etməyə niyyət edib lakin onu yerinə yetirə bilməyən savab qazanırmı?

    28.08.2023
Sual: 
Axşamınız xeyir. İlk önce suallara cavab verdiyiniz üçün Allah sizden razı olsun. Bilmek isteyirdim ki, bizim kendde mescid yoxdu,qardaşımla heddi büluğ yaşımızda ireli zamanda imkanımız yaxşı olanda kendde mescid tikdirmeyi niyyet etdik. Üstünden texmini 10 il keçib ve teessüf ki, imkanımız buna el vermir. Bir hedise göre mömin bir emeli etmeye şerait olmasa bele, niyyet edibse, o emeli etmiş qeder savab qazanır. Biz de bu niyyetimize göre savab qazanırıqmı? Evvelceden teşekkür edirem
Cavab: 

Əssələmu aleykum. Bəli, müsəlman niyyət etdiyi, lakin imkanı olmadığı üçün yerinə yetirə bilmədiyi saleh əməllərə görə savab qazanır. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Rəbbindən belə rəvayət etmiş­dir: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yü­zə­dək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niy­yət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir sa­vab yazar. Əgər o günah iş görməyə niyyət edər və bunu yerinə yeti­rərsə, Allah ona cəmi bir günah yazar.  (əl-Buxari, 6491). Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: